Almaniyanın Rusiya ilə normal münasibətləri ola bilməz. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Almaniyanın Federal Xarici İşlər naziri Annalena Burbok deyib.
“Biz aydın başa düşməliyik: Rusiya ilə normal münasibətlər ola bilməz. Biz Rusiyaya qarşı sanksiyaları tədricən sərtləşdirəcəyik”.
Qeyd edək ki, alman nazir bunu Rumıniyanın “Digi 24” telekanalına müsahibəsində bildirib.
O, Almaniyanın Ukraynaya lazım olan qədər yardım edəcəyini də vurğulayıb.
Yəni belə başa düşülür ki, Almaniya Kiyevə silah və maliyyə yardımını bundan sonra da davam etdirəcək.
Xatırladaq ki, fevralın 24-də Rusiya Federasiyasının ölkə ərazisində xüsusi əməliyyatı başlayandan sonra Qərb Kiyevi dəstəkləməyə başlayıb.
Buna baxmayaraq, münaqişənin Avropanı “qurutduğu” bildirilir(?).
Rusların yazdığına görə, guya alman qəzetinin oxucuları Almaniyanın xarici işlər naziri Annalena Berboku da Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin davam etməsi ilə bağlı söylədiklərinə görə qınayıblar.
Ağasəf Babayev