"Code For Future" layihəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən bir çox ali təhsil müəssisələrində fəaliyyəti təmin olunur. Bu il artıq 2300 nəfər belə təlimlərə cəlb olunub”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, məsələnin mahiyyəti ondan ibarətdir ki, 3-4-cü kursda oxuyan tələbələrin əmək bazarında zəruri olan bacaraqlara yiyələnməsi təmin olunsun. Bu təlimlər orta hesabla bir semestr davam edir.
Biz bu proqramlara böyük maraq olduğunun şahidi olduq. Düşünürəm ki, növbəti illərdə də bu layihə təkmilləşdirilərək davam edəcək”.