Son zamanlar aktual məsələlərdən biri də evli kişilərin subay qızları aldatmasıdır. Belə ki, bir çox evli kişilər özlərindən yaşca kiçik olan subay qızlara ümid verərək onları tələyə salır. Bəzi kişilər bunu gizli etsə də, açıq-aydın edənlərin sayı da az deyil. Bəs, bu nədən qaynaqlanır? Onlar niyə bu addımı atırlar?
Araşdırmalar göstərir ki, kişilər təkcə sıxıldıqları üçün deyil, daha çox kişiliyini təsdiqləmək üçün yoldaşına başqa qadınla xəyanət edir. Bundan əlavə, kişinin başqa bir qadını cəlb etməsinin birdən çox səbəbi ola bilər.
Kişilərin subay qızlara maraq salmasının digər bir səbəbi həyat yoldaşının hamilə olmasıdır. Bəziləri bunu bəhanə edərək, hətta yoldaşına bunu əsas gətirərək xəyanət edir. Çünki onlara subay gənc qızlar daha maraqlı gəlir.
Evli bir kişinin başqa bir qadına aşiq olub-olmayacağı sualı, xüsusilə aldadıldığını düşünən qadınların ən çox araşdırdığı mövzulardan biri olmağa davam edir. Nə qədər xoşbəxt evliliyiniz olsa da hər ailədə olduğu kimi müəyyən bir çətin qırılma nötəsi yaşanır. Həmin bu dövrdə kişilər müəyyən məqamlarda nə edəcəklərini bilmədiklərindən başqa qadına üz tuturlar. Təəssüf ki, kişilər evdə həyat yoldaşlarını sevsələr və həqiqətən xoşbəxt olsalar belə, kənarda fərqli alternativlər axtara bilərlər. Təbii ki, bu onların bəhanəsidir.
Kişi necə qadın istəyir?
Burada detallar yer almağa davam edir.
- Kişilər anlaşılmağa çox diqqət yetirirlər. Ümumiyyətlə, bütün kişilər onları dinləyən, dediklərinə fikir verən qadınları bəyənirlər.
- Pozitiv olmağa çalışın. Kişilər yaşadığı hər anın dadını bilən bir qadından əl çəkməzlər.
- Realist olmalıdır. Qadın nə qədər realist olsa, bir o qədər kişilərin diqqətini çəkə biləcək.
- Qadın baxımlı olmalıdır.
Subay qızları aldadan evli kişilər daha çox iki telefondan istifadə edir. Əksəriyyəti də ikinci telefonu ya iş nömrəsi adı ilə istifadə edir, ya da avtomobilində gizlədir. Onlar hədəfinə nail olana qədər gənc qızların qəlbini ələ almaq üçün hər yola əl atırlar.
Şotlandiyanın Stirling Universitetində aparılan araşdırmalara görə, kişilərin gözəl qadınlara baxmağa meyli təkamüldən qaynaqlanır.
Daily Telegraph-da dərc olunan araşdırma hesabatında qadınlar tanış olduqları kişiləri cazibədar görsələr də, kişilərin tanımadıqları qadınlara üstünlük verdiyi bildirilir. Bunun kişi əcdadlarımızın mümkün qədər çox qadınla yataraq genlərini ötürmək həvəsi ilə bağlı ola biləcəyi vurğulanır. Qadınların isə uşaqlarına baxa biləcək etibarlı həyat yoldaşları axtardıqları üçün onlarla tanış olan kişilərə üstünlük verdiyi deyilir.
Bəs, xəyanətdə evli kişilər, yoxsa tələyə düşən subay qızlar günahkardır? SİA mövzu ilə bağlı araşdırma aparıb.
Onu da qeyd edək ki, burada yanlız kişiləri günahlandırmaq olmaz. Belə ki, kişinin evli olduğunu bilə-bilə ondan əl çəkməyən subay qızların sayı da günü-gündən artmaqdadır. İndi bəzi qızlar üçün “ikinci qadın” olmaq normal haldır. Üstəlik, bu qızlar kişini öz ailəsindən ayırmaq üçün əllərindən gələni edirlər. Kişi də öz xanımına maddi-mənəvi etmədiyi hərşeyi həmin bu “ikinci qadın”a edərək tələyə düşür. Kişilər anlamır ki, onlar bu qadınlara yanlız pulu olduğu müddətdə lazımdır. Pul bitdikdə o kişinin də istifadə müddəti bitəcək.
Eynilə bu evli kişilərin tələsinə düşən subay qızlara da aiddir. Onlar da bu kişilərə hədəfinə nail olana kimi lazımdır. Bu “kişi”lər də həmin qızları daha sonra istifadə müddəti bitmiş hesab edir.
Lakin, onlar anlamır ki, başqa birinin göz yaşları üzərində əsla xoşbəxtlik əldə edilə bilməz. Çünki öz ailəsindən vaz keçən kişi, bir gün səni də darda qoyub gedəcək.
Yaxşı olardı ki, bu problemlərlə bağlı maarifləndirici tədbirlər görülsün, seminarlar təşkil edilsin və qızlar bilgili olsun. Onlar bu tip kişilərin qurbanı olmasın”.
Ayşən Vəli