XİN başçısı Ruben Vardanyanın fəaliyyəti barədə danışıb

27 Dekabr 2022 16:58 (UTC+04:00)

"Azərbaycan dövlətinin Qarabağ ərazisində müəyyən müşahidələri aparmaq kimi imkanı var". SİA xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Ruben Vardanyanın fəaliyyəti nəticəsində Qarabağ ərazisindən sui-istifadə halları getdikcə artır: "Onun bizim ölkəmizdə qalması və yaşaması mümkün deyil. Düşünürəm ki, o şəxsin bizim ərazimizdən tezliklə çıxıb getməsi onun daha çox xeyrinə olar".