“Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı Laçın yolundakı vəziyyətlə bağlı həmkarıma Azərbaycan tərəfinin mövqeyini çatdırdım”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanın dövlət qurumları nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarında monitorinq aparmasının qarşısı alınıb: "Bunu orada yaşayan əhali edib. Biz başa düşürük ki, bu, provokasiyadır. Monitorinq aparılması sahəsində iş əslində xeyli əvvəl başlamışdı. Son vaxtlar isə daha da intensivləşmişdi. Bu səylər nəticə vermədiyinə görə azərbaycanlı ekofəallar aksiyaya başladı. Bu, onların hüquqlarıdır və hüquqlarından istifadə edirlər".