"Azərbaycanla ABŞ arasında bərabərlik, qarşılıqlı hörmət eyni zamanda bir sahələrdə əməkdaşlıq fəaliyyəti həyata keçirilir". SİA xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov qeyd edib.
Nazir bildirib ki, iki dövlət arasında bu il ərzində dayanıqlı sülhün təyin olunmasında ABŞ-ın yüksək səviyyədə səyləri olub: "ABŞ rəhbərliyi ilə cənab Prezidentin 9 telefon danışığı olub. Həmçinin ABŞ-ın nümayəndələrinin ölkəmizə bir sıra səfərləri təşkil olunub".