Yeni il şənliyi üçün animatorlar seçərkən mütləq şəkildə araşdırılmalıdır. Xidmətin təsvirini diqqətdə saxlayıb, əvvəllər bu cür tədbirlərdə iştirak edib-etmədiyini yoxlamaq vacib şərtdir.
Bəs Şaxta baba, Qarqızı və s kimi animatorlar seçərkən necə diqqətli olmalıyıq?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Onların müxtəlif yaş qruplardakı uşaqlarla necə işlədiklərinə, tədbiri təşkil etmək və keçirmək üçün hansı metodlardan istifadə etdiklərini öyrənməliyik.
Əbəttə ki, hər kəsin öz təcrübəsi var, lakin bir insanın uşaqlarla necə qarşılıqlı əlaqə quracağını dəqiq başa düşməsi vacibdir. Bunu başqalarının rəylərini oxumaqla xidmətlər haqqında ilk təəssüratınızı formalaşdıra bilərsiniz. Şənliklərə, uşaq məclislərinə kimisə dəvət edərkən uşağın möcüzəyə inamını qırmamaq üçün onun gözləntilərinin reallıqla üst-üstə düşməməsinə imkan verməliyik.
Bir tədbir formatında uşaqlarla necə qarşılıqlı əlaqə quracaqlarını əvvəlcədən animatorlarla müzakirə etmək məqsədə uyğundur. Orta hesabla bayram 25 dəqiqə ilə 2 saat arasında davam edir və aydın mərhələlərə bölünür: tanışlıq, oyunlar, əsas hərəkət, istirahət və istiləşmə üçün oyunlar, kulminasiya, hədiyyələrin təqdimatı və s. Nəzərə almaq lazımdır ki, Şaxta baba ilk dəfə çox kiçik uşaqların yanına gəlirsə, onu Qar Qızla birlikdə dəvət etmək tövsiyə olunur. Bəzən olur ki, körpə uca səsdən qorxa bilir, ancaq Qar Qız təəssüratı yumşaldacaq və bayram əhval-ruhiyyəsini yaradaraq bir növ "nağıl bələdçisi" olacaq.
İl boyu pandemiya müddətində Şaxta baba və Qar qızların sayı əvvəlki illərə nisbətən xeyli azalmışdı. Bu il hansı səviyyədə olacaqları maraq doğurur.
Qeyd edək ki, paytaxtda Şaxta baba və Qar qızla şəkil çəkdirmək istəyən vətəndaşlar iki-üç manat civarında ödəniş edirlər.
Qurumdan qeyd edilib ki, müraciət edənlər əvvəlki illərdəki kimi yoxdur. Əsasən, dekabrın 15-dən sonra müraciətlər başlayayıb. Müraciət olduğu halda rəsmi şəkildə icazələr verilir.
Psixoterapevt Münəvvər Seyidova: "Şaxta baba seçərkən, ilk növbədə, onun uşaqlar ilə davranışına diqqət yetirmək lazımdır, məsələn uşaqlar ilə kontakta girə bilməyən, köbut rəftar edən bir insan heç vaxt Şaxta baba roluna girməməlidir. Eyni zamanda hədiyyələri uşaqlara nə üçün təqdim etdiyini də, vurğulamalıdır. Məsələn, sən bu il əlaçı oldun deyə sənə bu hədiyyəni gətirmişəm ki, səni təbrik edim, bu uşaq üçün motivasiya olacaq ki, yaxşı oxumağa davam etsin. Yəni onların hər hansı müsbət davranışlarının qarşılığında bu hədiyyələri aldıqlarını söyləməlidir. Az yaşlı uşaqlar üçün daha çox inkişafını nəzərdə tutulan oyuncaqlar və oyunlar, ailəvi oyunlar olsa daha yaxşıdır ki, valideynləri ilə səmərəli vaxt keçirə bilsinlər. Eyni zamanda 2-7 yaş arası olan uşaqlar Şaxta babalara daha çox inanırlar, çünki onlar təxəyyülündən daha geniş şəkildə istifadə edirlər və buna görə də müxtəlif peşə rollarında özlərini tez tez sınamağı sevirlər, buna görə müxtəlif peşələrlə bağlı hədiyyələr seçilsə -məsələn:həkim, aşbaz, müəllim və sairə az yaşlı uşaqlara daha maraqlı olar. Elektronik hədiyyələrdən bir az uzaq dursalar daha faydalıdır. Daha çox zehni bacarıqları, sosial davranışlarını inkişaf etdirəcək hədiyyələrə üstünlük verilməlidir".
Havar Şəfiyeva