Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində illik hesabatla bağlı mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfransda xarici işlər naziri Ceyhun Bayramov iştirak edir. Öncə Ceyhun Bayramov Azərbaycan Respublikasının 2022-ci il ərzində xarici siyasətində baş verənlərlə bağlı məlumat verib. O, daha sonra jurnalistlərin suallarını cavablandıracaq.