3 təhsil müəssisəsinə direktor təyin edilib

26 Dekabr 2022 14:10 (UTC+04:00)

Şagird sayı 500-dək olan 3 təhsil müəssisəsinə direktor təyin edilib. BŞTİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 müvafiq təhsil müəssisəsinə direktor təyin olunub.