“Məhkumluq barədə arayış məhkumluğun olub-olmamasını təstiq edən sənəddir. Bu arayışı almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, DİN- ə müraciət etdiyiniz təqdirdə məhkumluğun olub-olmaması ilə bağlı arayış verilir: “Arayış üçün heç bir dövlət rüsumu alınmır. Asan Xidmət mərkəzlərinə yaxınlaşaraq bu cür arayışı əldə etmək mümkündür”.
Ayşən Vəli