Vardanyan, Arutyunyan, Balasanyan, Babayan və başqaları dərk etməyə məhkumdurlar ki, heç bir sadə Qarabağ ermənisi onların “bahalı dərilərinə” görə öz canlarını güdaza vermək fikrində deyil!
Beləliklə, dekabrın 25-də Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdə, daha dəqiq desək, Xankəndidə cinayətkar-separatçı rejimin yerli erməni sakinlərinə qarşı tətbiq etdikləri təhrikləri ilə qondarma mitinq keçirildi. Təkcə belə bir mitinqin keçirilməsi bir daha sübut edir ki, quldur çete rəhbərliyi Ermənistandakı və xarici ölkələrdəki havadarlarının dəstəyi ilə Azərbaycanın qanuni tələblərinə məhəl qoymaq fikrində deyillər və mövcud vəziyyətin gərginləşməsi üçün əllərində olan-qalan bütün rıçaqlarından istifadə etməyə çalışırlar. Təbii ki, düzüb-qoşduqları böyük yalanları və bu vasitə ilə dünya birliyi qarşısında süni ajiotaj yaratmaq cəhdləri ilə....
“Mapcheking”in hesablamasına görə, aksiyada 70 min deyil, 17 min 581 nəfər insanın iştirak etdiyi göstərilir!
Və bu gün “120 min artsax xalqı” deyərək hay-haray qaldıran qondarma mitinqlərində “70 min” insanın iştirak etdiyini iddia edən separatçılar bu vasitə ilə növbəti yalanlarını üzə çıxarmış olublar. SİA-nın əldə etdiyi məlumata görə, bu, heç də belə deyil, yəni reallıq tamamilə başqa rəqəmləri göstərir.

Misal üçün, “Faktyoxla Lab” araşdırma mərkəzinin hazırladığı sxem əsasında biz tamamilə başqa mənzərənin şahidi oluruq. Belə ki, adıçəkilən araşdırma mərkəzinin “Mapcheking” əlavəsindəki hesablamalara görə, aksiyanın kieçirildiyi meydan və küçənin çəkilən kadrlar vasitəsi ilə konturları hesablanıb. Foto və video əsasında müəyyən edilib ki, meydanın sağ və sol künclərindəki sıxlıq çox aşağıdır - bir kv.km-ə 0,7 adam. O cümlədən, 220 metr uzunluğu və 7 m eni olan qondarma “respublikanın” əski parçası, habelə tribuna qarşısındakı ərazi ilə yanaşı, nəzərə alınsa ki, hər kv. metrə orta hesabla iki adam düşür, bu zaman “Mapcheking”in hesablamasına görə, aksiyada 17 581 nəfər insanın iştirak etdiyini göstərilir!

Nəticədə dekabrın 25-də separatçıların Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhərində keçirdikləri mitinqlərində onların iddia etdikləri kimi 70 min deyil, 17 min 581 insanın iştirak etdikləri bildirilir. Fakt budur ki, erməni informasiya mənbələri rəqəmləri həddindən artıq şişirdiblər.
Aksiyanın qiyməti: 30-40 dollar, pulsuz internet və yanacaq, daşınmaq üçün təhkim edilmiş avtobus parkı və təhdidlər...

Keçək növbəti fakta - əldə edilən digər operativ məlumatlara görə, aksiyanın “kütləvi” görünməsi üçün onu çəkən operatorlara xüsusilə tapşırılıb ki, əsasən kütlənin sıx olduğu yerlər nəzərə alınsın. Bundan əlavə, separatçı qurum rəhbərliyi “administrasiyalarının” nəzarətində olan bütün imkanlardan maksimum yararlanmağa çalışıblar. Məsələn, müxtəlif ərazilərdən gətirilən adamlara 30-40 dollar pul təklif edilib, ətraf kəndlərdən insanları daşımaq üçün avtobus parkı tamamilə aksiyaya təhkim edilib. O cümlədən, öz nəqliyyat vasitələrində mitinqə cəlb edilən adamlara havayı yanacaq verilib. Bütün bunlar üçün bilavasitə Ruben Vardanyanın şəxsi fondu necə deyərlər, öz kisəsinin ağzını açıb. Üstəlik, aksiyaya daşınan adamların onu öz telefonlarına çəkib-sosial şəbəkələrdə yaymaları, paylaşmaları üçün pulsuz internet verilib.
Xankəndidəki “mitinqdə” qanunsuz silahlı birləşmələrin terrorçuları hərbi uniformalarda görünüblər!

Lakin daha bir məqam budur ki, aksiyada qanunsuz erməni hərbi birləşmələrinin terrorçuları da iştirak ediblər. Onlara öz ailələri ilə mitinqə gəlmələri üçün mülki geyimlər verilib. Ancaq kadrlardan da göründüyü kimi, onların heç də hamısı mülki geyimlə manipulyasiya edə bilməyiblər. Bəziləri kadrlara məhz hərbi uniformalarda görünüblər.

“Dövlət strukturları” işçilərinə, o cümlədən, “səhiyyə və təhsil müəssisələrinə”, eləcə də “polislərə” də xüsusi olaraq tapşırılıb ki, onlar aksiyaya öz ailələri ilə gəlsinlər, əks halda onlar dərhal öz işlərindən uzaqlaşdırılacaqlar. Habelə “tələbələrə” də əvvəlcədən xəbərdarlıq edilib ki, mitinqdə iştirak etməsələr problemlərlə qarşılaşmalı olacaqlar. Qeyd edilən bütün cəhdlərə baxmayaraq “kütləvi aksiya” cəmi 1,5 saata başa çatdı və bununla sübut olundu ki, yaradılan süni hay-küy sadəcə boş sabun köpüyüdür.
Ruben Vardanyanın “inteqrasiya”, “getmək” və “mübarizə aparmaq” seçiminə real baxış-ya DTX-nın zirzəmisi, ya da Yerablur məzarlığı!

İndi isə keçək teatralizə olunmuş “mitinqin” təşkil edilməsində əsas təşəbbüskarlıq edən baş quldurların iddialarına. Cinayətkar və aferist Vardanyan deyib ki, separatçıların üç yolu var: ya Azərbaycana inteqrasiya etmək, ya getmək, ya da mübarizə aparmaq. O, bu mənada özünü “barışmaz lider” kimi “tərənnüm” edərək bildirib ki, artıq sentyabrın 2-də öz qərarını qəbul edib və Azərbaycanın tələblərinə tabe olmayacaq. Məhz bu axmaq iddianın onun və digər separatçıların başlarına hansı oyunları gətirəcəyini qoyuruq bir kənara və keçirik həmin o üç variantların təhlilinə:
.jpg)
“İnteqrasiya”. Mövcud bənd nə Vardanyana, nə də ki, bu günün özündə orada qalan silahlı terrorçulara heç bir halda aid deyil. Bu rəqəm isə haradasa 15-20 min qanunsuz silahlı deməkdir. Vardanyanın inteqrasiya olunacağı yeganə yer ya DTX-nın zirzəmisi, ya da Yerablur məzarlığıdır!
“Getmək”. Əslində, burada da şəxsən onun özünə aid heç nə yoxdur. Vardanyan bundan sonra Rusiyaya dönə bilməyəcək. Paşinyana isə İrəvanda Moskvanın Qarabağa desant kimi göndərdiyi Vardanyan və onun 15-20 minlik silahlı çetesi ümumiyyətlə lazım deyil. Yəni Vardanyan İrəvana getsə bu Paşinyan üçün ciddi maneə olacaq. Təkcə illər öncə Ermənistan parlamentinin Kremlin bu ölkədəki nökərləri tərəfindən güllə-boran edilməsini xatırlasaq kifayət edər. Yəni həmin hal bu dəfə Vardanyanın əli ilə təkrarlana bilər. Yaxud belə bir sual edək: bu gün kim zəmanət verə bilər ki, Vardanyanın adamları Paşinyana və onun iqtidarına qarşı terror aksiyası keçirə bilməz? Və ya Vardanyan İrəvanda görünərsə (əlbəttə ki, ekoaksiyaçılarımızın yerləşdikləri ərazidən keçməyi bacararsa, ya da xüsusi xidmət orqanlarımızın əlinə keçməzsə) o özünün Qarabağ klanı ilə əlnə düşən terror imkanından əsla imtina etməyəcək, çünki itirəcəyi də heç nə qalmayacaq!
Eləcə də, əgər bu faktoru biz dərk ediriksə, söz yox ki, Paşinyan da dərk edir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Vardanyanın Ermənistana sağ-salamat getməsi qeyri-mümkün görünür. Onu Qarabağda çox yəqin ki, mövcud olan Paşinyanın adamları da o dünyaya göndərə bilərlər. Hər şey ola bilər və fakt budur ki, Vardanyan sözün əsl mənasında tələdədir!
“Mübarizə”. Regionda yeni askalasiya baş verəcəyi halda, Qarabağdakı silahlı bandalara nə Ermənistandan, nə də Moskvadan heç bir dəstək, kömək, yardım olmayacaq. Paşinyan bu hala sadəcə sevinə bilər, çünki Qarabağ klanının nəfəsi kəsiləcək və onun bundan sonra həmin klan tərəfindən siyasi rəqibləri qalmayacaq. Çünki Qarabağ bütövlükdə Azərbaycanın nəzarəti altında qalacaq.

Qaldı ki, Vardanyanın hay-haraylı söz və bəyanatlarına – bütün bunlar sadəcə və sadəcə fiksiyalardır. Bu fiksiyaları elə Vardanyanın özü də anlamağa başlayıb. Əbəs deyil ki, o hər dəfə İrəvandan heç bir dəstək almadığını bildirir. Məsələn, o deyib: “... Ermənistan mənim gözlədiyim kimi reaksiya göstərmir. Ermənistan təşkilatları bəyanatlarla çıxış etmədilər və mən bundan təəccüb etdim...”
Beləliklə, gördüyümüz kimi, Kreml desantının, ya da missionerinin variantları qalmayıb. Ona görə də o, yeganə çıxış yolunu Qarabağdakı 15-20 minlik separatçı silahlıları çıxmaq şərti inteqrasiya olunmaq istəyən sadə ermənilər vasitəsi ilə axtarır – yuxarıda qeyd edilən qondarma mitinqləri sayəsində. Amma unudur ki, Azərbaycanın səbri tükənməzlikdən çoxdan çıxıb və artıq tükənib! Vardanyan, Arutyunyan, Balasanyan, Babayan və başqaları dərk etməyə məhkumdurlar ki, heç bir sadə Qarabağ ermənisi onların “bahalı dərilərinə” görə öz canlarını güdaza vermək fikrində deyil!
Rövşən RƏSULOV