ABŞ siyasi qadağa tələb edib

24 Dekabr 2022 15:20 (UTC+04:00)

ABŞ-da 6 yanvar 2021-ci ildə Kapitol binasına edilən basqını araşdıran Nümayəndələr Palatasının 6 Yanvar Xüsusi Komitəsi 18 aylıq araşdırmanın sonunda yekun hesabatını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 845 səhifəlik hesabat komitənin 9 üzvünün yekdilliklə Ədliyyə Departamentindən keçmiş prezident Donald Trampa qarşı 2020-ci il prezident seçkilərini ləğv etmək və səlahiyyətlərin dəyişdirilməsinə mane olmaq səylərinə görə ittiham irəli sürməyi tələb etdikdən 3 gün sonra açıqlanıb. Hesabatda vurğulanıb ki, Ədliyyə Nazirliyi vəkillərin qanunun aliliyinə xələl gətirmək və qanuni seçkiləri ləğv etməyə yönəlmiş fəaliyyətlərdə iştirakının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Bildirilib ki, Komitə reyddə iştirak edənlərin dövlət vəzifələrində işləməsinə qadağa qoyula biləcəyinə inanıb.