Bu gün Səs Media Qrupu, YAP Səbail rayon təşkilatı və SSAL-2 MMC şirkəti ilə birlikdə Səbai rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada 100 ədəd şam ağacı əkilib.
Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatı yaxınlığında əkilən ağaclar Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə qeyd olunacaq 100 illiyinə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "2023-cü ilin Heydər Əliyev ili" elan olunmasına həsr olunub. Tədbirdə Səs Media Qrupunun, YAP Səbail Rayon təşkilatının, SSAL-2 MMC şirkətinın nümayəndələri iştirak ediblər.