Təhsil İdarəsində 27 könüllü fəaliyyət göstərir

24 Dekabr 2022 13:43 (UTC+04:00)

BŞTİ tərəfindən VII Könüllülük Proqramı həyata keçirilir. SİA xəbər verir ki, VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada ([email protected]) müraciət edib. Onlardan 70 nəfər müvafiq meyarlar əsasında müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 27 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub.