Bu gün ölkəmizdə avarçəkmənin inkişafı və kütləviliyin artırılması üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu istiqamətdə növbəti layihəsini gerçəkləşdirir.
SİA xəbər verir ki, Xəzər dənizində, Dənizkənarı Bulvarda avarçəkmənin ənənələri bərpa edilir və rəsmi olaraq məşqlərə başlanılır.
İdman ictimaiyyətinin nümayəndələri və rəsmi şəxslərin də iştirak etdiyi tədbir media nümayəndələri, həmçinin tamaşaçılar üçün açıq təşkil olunur.
Qeyd edək ki, Azərbaycanda avarçəkmə ənənələri məhz Xəzər dənizi ilə bağlıdır. Ölkəmizdə avarçəkmə idman növü ilə ötən əsrin 30-cu illərində məhz Bakı bulvarı ərazisində məşğul olunmağa başlanılıb.