Türkiyəli müğənni Emel Sayın koronavirusa yoluxub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib. O bildirib ki, bu səbəbdən bugünkü konsertini ləğv etməli olub: "Əziz dostlar, bu gün verdiyim test nəticəsində təəssüf ki, COVİD-19-a yoluxduğumu öyrəndim. Sağlam günlərdə görüşənədək. Sevgi ilə...".