Türkiyəyə gələnlərin sayı

23 Dekabr 2022 20:02 (UTC+04:00)

2022-ci ilin 11 ayında Türkiyəyə 42 milyon 164 min 954 xarici ziyarətçi gəlib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi turizm statistikasını açıqlayıb.

Buna görə Türkiyə 2022-ci ilin 11 ayında 47 milyon 601 min 580 ziyarətçi qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin 2022-ci ilin yanvar-noyabr məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə 84,77 faiz artımla 42 milyon 164 min 954 əcnəbi səfər edib.

Noyabr ayında xarici ziyarətçilərin sayı keçən ilin müvafiq ayı ilə müqayisədə 44,64 faiz artaraq 2 milyon 551 min 483 nəfərə çatıb.

Ən çox ziyarətçi göndərən ölkələr sırasında Almaniya 5 milyon 481 min 385 ziyarətçi ilə birinci, Rusiya 4 milyon 945 min 198 ziyarətçi ilə ikinci, İngiltərə isə 3 milyon 301 min 112 ziyarətçi ilə üçüncü yerdə qərarlaşıb. İngiltərəni Bolqarıstan və İran izləyib.

2022-ci ilin noyabr ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr sırasında Rusiya 312 min 486 ziyarətçi ilə birinci, Bolqarıstan 232 min 709 nəfərlə ikinci, Almaniya isə 207 min 340 nəfərlə üçüncü yeri tutub.