İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA), dekabrın 6-da ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edib və antibiotiklərlə müalicə olunan xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğuna diqqət çəkib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, agentlik, artımın çox güman ki, cəmiyyətdə bakteriyaların yüksək dövriyyəsi ilə bağlı olduğunu proqnozlaşdırıb.
“Strep A” bakteriyasının insanların boğazında və dərisində ortaya çıxdığı tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bilinir.
Xəstəliyə səbəb olan bakteriyalar asqırma, öskürmə və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilir.