Qlobal Trendləri nəzərə almış Dövlət Proqramı - ŞƏRH

23 Dekabr 2022 17:30 (UTC+04:00)

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu Qarabağ müharibəsində möhtəşəm qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdi və bununla da, öz adını son 200 ildə ilk dəfə olaraq torpaqlarımızı yağı tapdağından azad edən Böyük Dövlət xadimi, Qüdrətli Sərkərdə kimi Azərbaycan tarixinə həkk etdi. Mahir diplomat, əsl siyasətçi və müdrik dövlət xadimi cənab Prezident İlham Əliyev hakimiyyətinin bütün illərində dövlət və xalq maraqlarını ən ali məqsəd kimi qarşıya qoydu. Hər zaman xalqının və dövlətinin milli maraqlarını müdafiə edən qətiyyətli Ali Baş Komandanımız milli mənafeyimizi beynəlxalq aləmdə böyük qətiyyətlə qorudu, Qarabağ həqiqətlərini ən nüfuzlu təşkilatlarda, tribunalarda müxtəlif dillərdə bütün dünyaya çatdırmaqla xalqın dili, səsi oldu. “Dəmir yumruğu” ilə düşmənin başını əzməyi bacardı. Bu uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq, xalq və iqtidar birliyi daha sarsılmaz şəkil aldı. Bu birlik nəticəsində illərdi düşmən tapdağı altında qalan əzəli Qarabağ torpaqları Ermənistanın işğalçı silahlı qüvvələrindən azad edildi. Düşməni hərbi bacarığımızla yanaşı, həm də siyasi, iqtisadi gücümüzlə də iflic etməyi bacardıq. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Qalib Liderimiz Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, cəmi 44 gün davam edən və Ali Baş Komandanımızın “Dəmir Yumruq” siyasəti ilə Qarabağ müharibəsinin böyük zəfəri ilə başa çatması, Prezident İlham Əliyevin qələbəsi və ən əsası Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədələtin zəfəri idi. Bu tarixi Zəfər Qələbəsi ilə Azərbaycan Prezidenti İlham Əliyev həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırıldığı qələbə idi. Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev belə qeyd etmişdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”.

Tarixi zǝfǝrimizdǝn sonra vacib vǝzifǝ kimi qarşımızda duran ǝn mühüm mǝsǝlǝlǝrdǝn biri “Böyük qayıdışın” reallaşdırılmasıdır. Dövlǝt başçısı cənab İlham Əliyevin “Böyük qayıdışa dair 1-ci Dövlǝt Proqramı haqqında” Sǝrǝncamı bu prossesi daha da sürǝtlǝndirir. Sǝrǝncama ǝsasǝn mǝrhǝlǝli şǝkildǝ proqramın icrası ilǝ bağlı konkret layihǝlǝrin hǝyata keçirilmǝsi nǝzǝrdǝ tutulub. Proqram ǝrazilǝrin bǝrpası, ǝhalinin tǝhlükǝsiz qayıdışı, ǝrazilǝrin iqtisadi inkişafının dǝstǝklǝnmǝsi kimi hǝdǝflǝri birlǝşdirir. Bu miqyasda yenidǝnqurma vǝ inkişaf proqramının ölkǝnin öz daxili imkanları hesabına icra edilmǝsi isǝ bir çox ölkǝlǝr üçün ǝlçatmaz bir tǝcrübǝdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam etdirilir. Ötən dövr ərzində Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam, Füzuli, Cəbrayıl Zəngilan şəhərlərinin Baş planları təsdiq olunub və bir sıra obyektlərin təməlləri qoyulub. Eyni zamanda, Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin, Ağdam Sənaye Parkının, Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin Dövlətyarlı kəndində “ağıllı kənd”in istifadəyə verilməsi yaxın gələcəkdə reallaşacaq. Artıq Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd”, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib.

Bəli, bu gün Azərbaycan xalqı da Qalib Sərkərdəmiz Prezident İlham Əliyevin son 19 il prezidentlik fəaliyyəti dövründə bir daha əmin olduq ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Bu günün reallıqları onu göstərir ki, qələbəmizdən ötən iki il ərzində həm siyasi, həm də iqtisadi baxımdan mühüm nailiyyətlərə imza atan - sözü imzası qədər qüvvətli olan Müzəffər Baş Komandan cənab Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, 2023-cü ildə də işğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı