Onlayn ianələr zamanı “YAŞAT” Fondu tərəfindən təşəkkürü simvolizə edən sertifikat təqdim olunur. "YAŞAT" Fondunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu sertifikatı onlayn qaydada əldə edə, həm də yaxınlarınıza hədiyyə edə bilərsiniz. Edilən ianələr şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün sərf edilir.
Vətəndaşlar istədiyi şəxsin adından ianə etməklə həmin sertifikatı hədiyyə də edə bilərlər.