ABŞ Ukraynaya 1,8 milyard dollar dəyərində hərbi yardım edəcək

21 Dekabr 2022 22:23 (UTC+04:00)

ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar dəyərində hərbi yardım göndərəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında bildirilib. Məlumata görə, yardımın 1 milyardı ABŞ Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.

Həmçinin Ağ evin mətbuat xidməti ABŞ Prezidentinin Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncamını dərc edib.