MOK İcraiyyə Komitəsinin (İK) iclası keçirilib - FOTOLAR

21 Dekabr 2022 17:49 (UTC+04:00)

İclasda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İK-nın iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. MOK-un mətbuat xidmətinsən SİA-ya verilən məlumata görə, İcraiyyə Komitəsinin gündəliyindəki məsələlər 2022-ci ilin idman yekunları, 2023-cü ilin idman tədbirləri haqda fikir mübadiləsi aparıldıqdan sonra MOK-un 30 illik Yubiley tədbirləri haqqında xüsusi təqdimat iclas iştirakçılarının diqqətinə çatdırıb. Cari məsələlərin müzakirəsindən sonra, dövlət tərəfindən verilmiş mükafatların təqdimatı keçirilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanının inkişafında xidmətlərinə görə, Zemfira Meftaheddinova, Rəfiqə Şabanova, Xəzər İsayev, Nazir Rəhimov Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə, Murad Fərzəliyev və Mehman Kərimov “Tərəqqi” medalı ilə təltif olunublar. Nazim Hüseynov və Vaqif Əliyevə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Ağacan Abiyev də təltifolunanlar sırasında idi.