"2022-ci il bizim üçün yeni bir mərhələ oldu" - BAŞ KATİB AÇIQLADI

21 Dekabr 2022 15:00 (UTC+04:00)

"Mingəçevir bizim üçün çox önəmli yerdir, bizim əsas bazamızdır. 2022-ci il bizim üçün yeni bir mərhələ idi. Bu il yeni nailiyyətlər və tədbirlərimiz oldu". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev mətbuat konfransında səsləndirib.

Baş katib bildirib ki, Azərbaycanda avarçəkmə üzrə komandamız keçən əsrin 30-cu illərinin axırından başlayaraq, 70ci illərdə artıq mühüm nəticələr göstərib: "Heydər Əliyevin dövründə bu idman növü inkişaf etməyə başlayıb. Hal-hazırda İlham Əliyev də onun yolunu izləyir və gənclərə dəstək olaraq bu işi davam etdirir".