“Şuşa-Xankəndi istiqamətində keçirilən aksiyalar bir növ Azərbaycanın haqq davasıdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarından əraziyə baxış keçirtmək istəyir: “Bunun üçün monitorinq qrupunun həmin yerlərə buraxılmasını tələb edirlər. Təəssüflər olsun ki, bu prosesin həyata keçməsinə rus sülhməramlıları icazə vermirlər. Bunun üçündə eko fəallarımız, könüllülərimiz haqlı şəkildə aksiyalar keçirərək öz haqlarını tələb edirlər. Düşünürəm ki, monitorinqlərin keçirilməsinə icazə verilmədiyi müddətdə aksiyalarımız davam edəcək. Baş verən proseslərdə mən özüm də şəxsən iştirak etmişəm. Bu prosesləri davam etdirəcəyik. Biz bir addımda geri çəkilməyəcəyik. Qarabağda ədalət bərpa edilməlidir. Azərbaycanın suverenliyi bütün ərazilərimizdə bərpa edilməli, orada yaşayanlar da vətəndaşlığımızı qəbul etdiyi halda bizim torpaqlarımızda yaşamağa davam etsinlər”.