2022-ci təqvim ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 54 paytaxt məktəblisi qalib olub. SİA xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 27 nəfər bürünc medal qazanıb.