30 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib - FOTOLAR

20 Dekabr 2022 15:01 (UTC+04:00)

Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 30 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib. BŞTİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə yaradılmış Alternativ qeydiyyat mərkəzləri, eləcə də 3 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilib.