"143 fakt üzrə 23 kq artıq güclü təsiredici maddələr aşkar edilib" - TOĞRUL ŞAHBAZOV

20 Dekabr 2022 13:31 (UTC+04:00)

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirildiyi bu dövrdə Azərbaycanda 7 ton 423 kq-dan çox qanunsuz narkotik dövriyyədən çıxarılıb. SİA xəbər verir ki, Dövlət Gomrük Komitəsinin Hüquqpozmalara qarşı mübarizə şöbəsinin rəisi Toğrul Şahbazov "Narkotik və steroidlə mübarizə" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunları 654 kq-ı metamfetamin, 5 tondan çoxu heroin olub.

"Müvafiq dövr ərzində 143 fakt üzrə 23 kq artıq güclü təsiredici maddələr aşkar edilərək dövriyyədən çıxarılıb. Ümumilikdə, ölkədə 2020-ci ildə 1 ton 490 kq, 2021-ci ildə 3 ton 43 kq, 2022-ci il 902 kq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.