"5 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb" - QURUM RƏSMİSİ AÇIQLADI

20 Dekabr 2022 13:13 (UTC+04:00)

"Ötən ay 5 tondan çox narkotik vasitə dövriyyədən çıxarılaraq məhv edilib". SİA xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İșçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov deyib.

O bildirib ki, milyonlarla insan bu bəladan əziyyət çəkirlər: "Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ölkəmizi narahat edən ciddi problemdir. Bunun qarşısı alınması üçün dövlət qurumlarımızın, qeyri-hökumət təşkilatlarımızın qarşısında mühim vəzifələr qoyulub. Apardığımız təhlilər nəticəsində məlum olub ki, narkotik vasitələrdən istifadə edən insanların 98 faizi bu barədə məlumatsız olduqlarını və bunun üçün istifadə etdiklərini bildirirlər. Cari il ərzində 32 maarifləndirici tədbirlər həyata keçirtmişik. Əsas prioritet məsələmiz şəhər və rayonlarımızda fəaliyyət göstərən təhsil müəsissələrində maariflədirici tədbirlərin təşkil olunmasıdır. Çünki narkotik vasitələrdən istifadə insanların məlumatsız olmasından irəli gəlir. Bəzi qüvvələr bugünkü gün bəzi narkotik vasitələrin xüsusilə də "patı" adlanan maddənin qiymətini aşağı salaraq gənclər arasında geniş yayılmasını təmin edirlər.