60-a yaxın xarici ölkələrdə təhsil almış vətəndaşımızın ölkəmizdə fəaliyyəti təmin edilib

20 Dekabr 2022 12:25 (UTC+04:00)

“TƏBİB tərəfindən həyata keçirilən islahatlar nəticəsində regionlarda fəalliyyət göstərən tibb mərkəzlərində çatışmazlıqların aradan qaldırılması üçün islahatlar aparılır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərimizin ölkəmizə geri qayıtması və regionlarda tibb xidmətlərinin əhaliyə təqdim olunması üçün addımlar atılır: “2022-ci il ərzində 60-a yaxın xarici ölkələrdə təhsil almış vətəndaşlarımız artıq ölkəmizdə fəaliyyət göstərir. Bu layihələr davam edəcək və biz çalışırıq ki, həkim çatışmazlığının aradan qaldırılması üçün addımlar atılsın. Regionlarda fəaliyyət göstərən tibb mərkəzlərimizin vəziyyəti hazırda qənaətbəxşdir. Onların da yeni avadanlıqlarla təsis olunması prosesi davam edir. Keçirilən islahatlar nəticəsində də kadr çatışmazlığını aradan qaldıracağıq”.