"Dövlətimiz dünyəvi siyasət həyata keçirir" - DEPUTAT DANIŞDI

20 Dekabr 2022 12:25 (UTC+04:00)

"Hər birimiz hansı məzhəbə mənsub olduğumuzdan asılı olmayaraq öz dinimizi sevməli, eyni zamanda digər dinlərə də hörmət etməliyik. Biz bunu bacarmalıyıq". SİA xəbər verir ki, bu sözləri dekabrın 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib.

Deputat sözlərinə davam edərək bildirib ki, buugünkü gündə ölkəmizdə "yalnız mənim dinim doğrudur, geri qalanlar yanlışdır" fikirləri yayan, insanları yoldan çıxarmaq istəyənlər var: "Ancaq bu mümkün olan şey deyil. Çünki dövlətimiz dünyəvi siyasət həyata keçirir və hər birimiz çalışırıq ki, bu dünyəviliyi və multikultural dəyərləri qoruyub saxlayaq. Bizim qarşımızda çox böyük hədəflər var. Əgər biz bir olsaq, həmrəy olsaq, daha güclü olacağıq və dövlətimi də inkişaf edəcək".