Narkotik və steroidlərlə mübarizyə həsr olunmuş tədbir keçirilir

20 Dekabr 2022 12:09 (UTC+04:00)

Bu gün Abşeron Mariot otelinin Narkotik və steroidlərlə mübarizyə həsr olunmuş tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə DİN, DGK və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak edir. Tədbirdə AMADA-nın narkotiklə mübarizə çərçivəsində Respublika Narkoloji Mərkəzdə həyata keçirdiyi layihənin nəticələri ictimaiyyətə açıqlanacaq. Bundan əlavə narkoloji mərkəzdə müalicə alan narkotik asılılığı olan şəxslərdən alınan müsahibələr əsasında hazırlanmış videoçarx nümayiş etdiriləcək.