Qılıncoynatma üzrə keçirilən Bakı şəhər birinciliyi başa çatıb - FOTOLAR

20 Dekabr 2022 11:32 (UTC+04:00)

Azərbaycan Texniki Universitetinin idman sarayında yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə keçirilən Bakı şəhər birinciliyi başa çatmışdır. Bu barədə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 90 idmançı mübarizə aparmışdır.

Yeniyetmələr arasında oğlanların yarışında sablya üzrə Abbas Hüseynov, şpaqa üzrə Orxan Həsənli birinci yerləri tutmuşlar. Qızlar arasında yarışlarda isə birinci yerlərə Züleyxa Sultanlı, Xədicə Həsənli layiq görülmüşlər.

Gənclər arasında isə yarışlarda sablya üzrə Ayxan Xasıyev, şpaqa üzrə Fuad Qurbanov, qızlar arasında Fərəh Abbasova, Xədicə Həsənli birinci yerin qalibi olmuşlar.

Qaliblərə BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.