TƏBİB-in rəsmi saytı təqdim olunub

20 Dekabr 2022 11:35 (UTC+04:00)

“Təbibin rəsmi saytının bu gün təqdim olunması həmkarlarımız üçün əsl töhvə oldu”.

SİA xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, rəsmi saytımızın əsas səhifəsində istifadəçilərin rahatlığına istiqamətlənmiş bir çox xidmətlər göstərilir: “Xəritə olan hissədə isə tibbi ərazi bölmələri haqqında məlumat əldə edə bilərsiz. Gələcəkdə bu bölmənin daha geniş hazırlanmasını nəzərdə tuturuq. Bu sayt vasitəsilə şəxsi kabinetə daxil olmaq da mümkün olacaq. Hansı ki, burada vətəndaşlarımız özlərinin şəxsi tibbi tarixçəsi barədə məlumat əldə edə biləcəklər.
Eyni zamanda bu gündən etibarən TƏBİB-in çağrı mərkəzi fəaliyyət göstərməyə başlayır”.