Stolüstü tennis üzrə “Olimpiya Ümidləri” Bakı şəhər turniri keçirilib - FOTOLAR

20 Dekabr 2022 10:58 (UTC+04:00)

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şüa İdman Mərkəzində stolüstü tennis üzrə “Olimpiya Ümidləri” Bakı şəhər turniri keçirilmişdir. Turnirdə Təhsil RİM, 13 saylı RİOEUGTİM, 11 saylı UGİM, 1 saylı RİOEUGTİM, 13 saylı İOEUGTİM, Xəzri İK və Lokomotiv İC-ni təmsil edən 40 nəfər idmançı mübarizə aparmışdır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yekun nəticələrə görə 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında şəxsi hesabda İbahim Rəhimzadə I yerə, Daniil Belov II yerə, Hüseyn Musazadə III yerə, qızlar arasında Mələk Əhmədzadə I yerə, Banu Baytallı II yerə, Leyli Məmmədova III yerə, 2013-ci il və ondan kiçik təvəllüdlü oğlanlar arasında Ələkbər Mirzəliyev I yerə, Raul Əsədov II yerə, Azər Dadaşzadə III yerə, qızlar arasında Mədinə Abbaszadə I yerə, Səidə Quluzadə II yerə, Xədicə Vəliyeva III yerə, oğlanların qoşa yarışlarında Daniil Belov – Musa İsmayılov I yerə, Əli Qədirzadə – Əli Rüstəmov II yerə, Hüseyn Səmədzadə – Məhəmməd Səmədzadə III yerə, qızların qoşa yarışlarında Aynur Ağayeva – Banu Baytallı I yerə, Əminə Saruyeva – Zəhra Mahmudova II yerə, Mədinə Abbaszadə – Sevinc Abbaszadə III yerə layiq görülmüşlər.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.