Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Atıcılıq Mərkəzində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XVI Bakı şəhər turniri keçirilmişdir.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirdə müxtəlif idman klublarını və cəmiyyətlərini təmsil edən 67 idmançı (onlardan 28-i qadın) mübarizə aparmışdır.
Nəticələrə görə qadınlar arasında PT-3 hərəkəti üzrə I yerə Jalə Bayramova (DİN RSAİM), PTÇ-2 hərəkəti üzrə I yerə Xanna Əliyeva (RSAİM), kişilər arasında PT-4 hərəkəti üzrə I yerə Üzeyir Tapdıqlı (RSAİM), PTÇ-3 hərəkəti üzrə I yerə Hacı Musayev (RSAİM), KÇTÇ-4 hərəkəti üzrə I yerə Rəhim Rəhimli (DİN İC), PT-mix üzrə I yerə Xanna Əliyeva, Hacı Musayev layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.