“Twitter”in sahibi İlon Maskın (Elon Musk) sosial media platformasının idarəçiliyindən çəkilib-çəkilməyəcəyinə dair qərar verəcəyi sorğunun nəticəsi bəlli oldu.
SİA-nın əldə etdiyi məlumata görə, İ.Mask “Twitter”də şirkətin direktoru vəzifəsindən istefa verib-verməyəcəyi ilə bağlı sorğu keçirib.
17 milyon 502 mindən çox insanın səs verdiyi sorğuda 57,5 faiz lehinə, 42,5 faiz isə əleyhinə səs verib.
Elektrikli avtomobil istehsalçısı “Tesla” və kosmik texnologiya şirkəti “SpaceX”in idarəçisi İlon Mask “Twitter”i alandan sonra digər şirkətləri arxa plana keçirməsi ilə bağlı tənqidlərə məruz qalıb.
Qeyd edək ki, böyük hüquqi mübarizədən sonra Mask oktyabrda 44 milyard dollarlıq müqavilə ilə “Twitter” şirkətini alıb.
Xatırladaq ki, İlon Maskın sorğusu “Twitter”də yalnız digər sosial media şirkətlərini tanıtmaq məqsədilə yaradılmış hesabları və rəqib platformalar üçün linklər və ya istifadəçi adlarını qadağan edən siyasət yeniləməsindən sonra ortaya çıxıb.