Türkiyənin əhalisi 85 milyona çatıb

19 Dekabr 2022 19:41 (UTC+04:00)

Müvafiq olaraq, 31 dekabr 2021-ci il tarixinə Türkiyədə yaşayan əhalinin sayı əvvəlki ilə müqayisədə 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb. Kişi əhali 42 milyon 428 min 101 nəfər, qadın əhali isə 42 milyon 252 min 172 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edib.

2021-ci ildə doğulan körpələrə verilən adlar arasında oğlanlarda Yusuf, qızlarda isə Zeynep birinci sırada iştirak edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.