Əhalinin həyat keyfiyyətini müəyyən edən amillər tədqiq olunub

19 Dekabr 2022 18:59 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov və Tibbi coğrafiya şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayevanın həmmüəllif olduqları “Azərbaycan Respublikasında əhalinin həyat keyfiyyətinin müasir vəziyyəti” adlı monoqrafiya nəşr olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əsərdə ölkə əhalisinin həyat keyfiyyətini müəyyən edən amillər, onların kəmiyyət göstəricilərinin dinamikası, regional paylanması məsələləri tədqiq edilir. Burada son dövrlərdə baş verən iqtisadi, sosial-mədəni və demoqrafik proseslərin dinamikası, onlara təsir göstərən amillər və əsas nəticələr öz əksini tapır.

Kitab əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya, regional planlaşma ilə məşğul olan elmi işçilər, ali məktəb tələbələri (bakalavr və magistrantlar) və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.