Yeni İl süfrəsi neçəyə başa gəlir? - ARAŞDIRMA

19 Dekabr 2022 16:38 (UTC+04:00)

Belə bir deyim var ki, "Yeni İlə necə daxil olursansa, bütün il elə keçir". Hər kəsin Yeni ildən gözləntiləri fərqli olsa da, ortaq arzumuz sevdiklərimizlə xoşbəxt, dinc və sağlam bir il keçirməkdir.

Bəs, evdə qeyd etdiyimiz Yeni İli necə maraqlı keçirmək olar? Bunun üçün nələr edilməlidir?

İlk öncə yaxşı bir Yeni İl süfrəsi hazırlamaq önəmlidir.

Bunun üçün bizə lazımdır:

- Masa örtüyü
- Masa düzümü
- Aksesuarlar
- Zəngin menyu və möhtəşəm dadlar
- İçkilər
- Xoş söhbət üçün dadlı desertlər

Yeni ilə çöldə əylənmək əvəzinə evdə sevdiklərinizlə birlikdə girmək istəyirsinizsə, ilk addım olaraq 2023-cü ilin ilk günü üçün sevgi dolu yeni il süfrəsi hazırlaya bilərsiniz.

Yeni il süfrəsini necə hazırlamaq olar?

Masa örtüyü

Süfrə seçimində ən vacib amil onun konsepsiyaya uyğun olmasıdır. Yeni il süfrəsi konseptinizi artıq müəyyən etmisinizsə, süfrənin hazırlanmasının hər mərhələsində işinizin asan olacağını deyə bilərik.

Bundan əlavə, heç bir konsept seçmədən zövqünüzü və üslubunuzu tam əks etdirən masa hazırlaya bilərsiniz. Bu vəziyyətdə, ilk növbədə, masanızda hansı rənglərə diqqət yetirəcəyinizə qərar verməlisiniz.

Əgər nahar dəstiniz rənglidirsə, ağ və ya qara süfrə seçə bilərsiniz. Sadə nahar dəstindən istifadə edəcəksinizsə, bu dəfə yaşıl, qızılı və ya qırmızı süfrələri seçə bilərsiniz. Bu qəşəng detal sayəsində iştahınızı aça və gecədə ləzzətli iz buraxa bilərsiniz.

Zərifliyin açarı: masa düzümü

Dəvət masasının ilk baxışdan gözəl görünməsinin ən təsirli elementi süfrə düzümüdür. Yemək qabları, qaşıq və çəngəllərin düzülüşü, stəkanın masa üzərində yerləşməsi nə qədər ahəngdar olarsa, bir o qədər zərif bir görüntü yaranır.

Boşqabları, qaşıqları, çəngəlləri və stəkanları qoyarkən, boşqabları bir-birinə çox yaxın qoymamağa diqqət yetirməlisiniz. Əks halda, qonaqlarınız özlərini rahat hiss edə bilməz. Masanın sıx və səliqəsiz olduğunu düşünürsünüzsə, xidmət arabasından istifadə edə bilərsiniz.

Hazırladığınız qəlyanaltıları və yeməkləri elə təşkil etməlisiniz ki, hər bir qonağınız onlara asanlıqla çata bilsin. Eləcə də duz, ədviyyat və souslar elə yerləşdirilməlidir ki, hər kəs götürə bilsin.

Yeni il süfrəsini dəyirmi masada hazırlayacaqsınızsa, masanın ortasına kiçik bir düz çiçək buketi qoya bilərsiniz. Çiçəyin ətrafına qəlyanaltılar və salatlar yerləşdirə bilərsiniz. Beləliklə, masanın ətrafındakı hər kəs asanlıqla hər boşqaba çata bilər.

Aksesuarlar

Yemək masanız böyükdürsə, süfrənizi şamlar, şamdanlar və ya qızılgül ləçəkləri ilə zənginləşdirə bilərsiniz.

Milad masasının bəzəyi aksesuarlar olmadan tamamlanmır. Əvvəldən deməliyik ki, Milad süfrəsi aksesuarları üçün çoxlu variant var və seçim etməkdə çətinlik çəkə bilərsiniz. Bu məqamda öz üslubunuza və süfrənizin ümumi konseptinə uyğun aksesuarlar seçmək tövsiyə olunur.

Zəngin menyu və möhtəşəm dadlar

Yeni il süfrəsi menyusu hazırlayırsınızsa, mütləq siyahının başına hinduşka yazmalısınız. Milad süfrəsi xörəkləri dedikdə ilk ağıla nar kimi qızardılmış hinduşka əti gəlir. Lakin bunu da almağa hər ailənin büdcəsi yetmir.

Quş məhsulları qiymətlərini təqdim edirik:

Hinduşka fərə- 42 AZN

Xoruz- 20-22 AZN

Kənd çolpası- 13 AZN

Yeni il süfrəsində qonaqlar adətən yeni günün ilk saatlarına qədər əylənirlər. Ona görə də həm soyuq, həm də isti delikateslər hazırlamalısınız.

Yeni il süfrəsinin qəlyanaltıları və yeməklər süfrənizi zəngin göstərə bilər.

Bəs, bir ailə üçün Yeni il süfrəsi minimum neçiyə başa gəlir? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qiymətlər:

1 kq təzə toyuq filesi - 6.59 AZN

1 kq toyuq - 4.69 AZN, 5.65AZN

Xama - 1.47 AZN, 1.97 AZN, 3.97 AZN

Kolbasalar - 9.97 AZN, 8.97 AZN, 11.97 AZN, 9.59 AZN, 5.99 AZN

Kərə yağı - 16.97 AZN, 8.77 AZN, 6.87 AZN, 14.79 AZN, 16.89 AZN

Mayonez- 4.67 AZN

Konservləşdirilmiş qarğıdalı- 2.27 AZN, 2.59 AZN

Yaşıl noxud- 2.59 AZN

Turşu xiyar- 1.87 AZN

Düyü- 3,57AZN, 6,97 AZN, 7,37 AZN

Yumurta - 1 ədədi 14 qəpik

Holland pendir- 13.99 AZN

Sümüklü dana əti- 10.99 AZN

Dana quşbaşı- 13.99 AZN

Portağal- 1.89 AZN, 1.35 AZN

Soğan- 0.79 AZN, 0.69 AZN

Kartof- 0.99 AZN, 1.19 AZN

Limonadlar- 1.15 AZN, 1.40 AZN,

Meyvə şirəsi çeşidləri- 1.80 AZN, 1.39 AZN

Qiymətlərdən belə nəticəyə gəlmək olur ki, bir ailə üçün minimum bayram bazarlığı 130-160 AZN arası başa gəlir. Qeyd edək ki, bura hinduşka filan daxil deyil. Sadəcə əsas olan qida inqridentlərini nəzərdə tuturuq. Daha boş çeşidli bayram süfrəsi isə 350-400 AZN civarında olur. Adam sayına və çeşid bolluğuna görə də məbləğ dəyişir.

Ayşən Vəli