"ABŞ-ın Rusiya və İrana qarşı etdiyi sanksiyaların nəticəsi olacaqmı"? -SİAYSİ-EKSPERT ŞƏRH ETDİ

19 Dekabr 2022 15:00 (UTC+04:00)

"ABŞ artıq neçə ildir ki, İrana qarşı sanksiya tətbiq edir. Bunlar daha çox nüvənin zənginləşdirilməsi ilə bağlıdır. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, ABŞ-in daha çox nüvə silahına qarşı İrana tətbiq etdiyi tədbirlər planı çərçivəsində tətbiq etdiyi sanksiyalardır. İndi situasiya biraz fərqlənib. İranda indi etirazlar baş qaldırıb. 2 aya yaxındır ki, vətəndaşlar İran hakimiyyətinə qarşı aksiyaları davam edir. İran hakimiyyəti isə vətəndaşlara qarşı çox ciddi cəzalar tətbiq edir. İranın tətbiq etdiyi bu cəzalarda insan haqqları ciddi şəkildə pozur. Ona görə ABŞ yəqin ki, İrana bu etirazçıların insan haqqlarının pozulması ilə bağlı, orada olan zorakılığa qarşı daha sərt sanksiyalar tətbiq olunsun İrana qarşı. ABŞ-ın əvvəlki sanksiyaları daha çox çəkindirici xarakter daşıyrdı. Yəni İranı danışıqlara sövq eləmək istəyirdilər sanksiyalar tətbiq eləməklə. Lakin indi isə vəziyyət biraz fərqlənir. İranda hakimiyyət belə desək bir çoxu qırmızı xətti keçib, orada etirazlar dayanmır və hökümətdə çox sərt və ağır işgəncələr edir vətəndaşlara qarşı. Böyük ehtimal ki, sanksiyalar indi daha ağır sanksiyalar ola bilər. İran düşdüyü vəziyyətdən daha da çətin bir vəziyyətə düşə bilər".

Siyasi-ekspert fikrlərinə davam edərək qeyd etdi ki, Rusiyaya olan sanksiyalara gəldikdə isə bilirik ki, uzun müddətdir ki, Ukrayna ilə müharibə şəraitindədirlər. "1-ilə yaxındır ki, Rusiyaya qarşı sanksiya paketləri yenilənir. Əvvəldə Rusiya ilə bu sanksiyalara görə danışıqlar gedirdi. Lakin Rusiya-Ukrayna müharibəsinə görə, İranda da bu daxili çaxnaşmalara görə bu sanksiyalar əvvəlki sanksiyalara görə daha sərt olacaq. Bununda nəticəsi olaraq hər iki ölkəyə çox ciddi təsirləri olacaq. Bu tətbiq olunan sankisiyalar həm Rusiyanın Ukrayna qarşı olan müharibəni dayandırmaqa, həm də İranda olan aksiyaların sona çatmasına gətirib çıxardacaqmı? Mən bunu bir o qədər real düşünmürəm. Çünki bunlar sanksiyalardır. Bu ABŞ-ın bu dövlətlərə qarşı olan münasibətinin göstəricisidir. Müəyyən qədər onları dünyada iqtisadi prosseslərdən izolasiya etməyə xidmət edir".