Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb

19 Dekabr 2022 13:30 (UTC+04:00)

Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb.

SİA xəbər verir ki, protokol Azərbaycan Türkiyə birgə Mədəniyyət Kommisiyasının dekabrın 19-da Bakıda keçirilən ikinci iclasının sonunda imzalanıb.

Sənəddə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri əksini tapıb.