Azərbaycanda kitab sənayesinin yenidən qurulması ilə bağlı müzakirələrimiz oldu

19 Dekabr 2022 11:57 (UTC+04:00)

“Biz artıq Türkiyənin Mədəniyyət Nazirliyinin aidiyyatı şöbəsi ilə əlaqələr qurmuşuq. Bizim şöbənin əməkdaşlarilə Azərbaycanda kitab sənayesinin yenidən qurulması ilə bağlı müzakirələrimiz oldu”. SİA xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib. Onun sözlərinə görə, biz artıq sizin nazirlikdən aldığımız tövsiyələrlə bir çox layihələri də 2023-cü ildə həyata keçirəcəyik: “Bizim şöbəmiz həm kitabxana, həm də yazarlarla bağlı olduğu üçün hər iki istiqamətdə bir çox layihələr həyata keçiririk”.