Həkim təyinatları elektron xidmət vasitəsilə həyata keçiriləcək

19 Dekabr 2022 11:32 (UTC+04:00)

Növbəti tədris ilindən etibarən rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatlarının elektron xidmət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən normativ sənəd layihəsi hazırlanıb və təsdiq olunduqdan sonra tətbiq ediləcək.