Türkiyənin müvafiq qurumları ilə sıx əməkdaşlıq edirik

19 Dekabr 2022 11:11 (UTC+04:00)

“Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də böyük inkişaf var. Dövlət xidməti olaraq biz də öz növbəmizdə Türkiyənin müvafiq qurumları ilə sıx əməkdaşlıq edirik”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Ağacavid Ramazanov bildirib.

Onun sözlərinə görə, artıq mədəni irsin qorunması istiqamətində vacib addımlar atılmaqdadır.

Ötən ilin mart ayında Mədəniyyət nazirinin rəhbərliyi altında Türkiyəyə səfər baş tutmuşdur. Həmin səfərdə də protokol imzalanmış və bu da öz növbəsində iki ölkənin mədəni əlaqələrinə öz töhfəsini vermişdir”.