18 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib

18 Dekabr 2022 13:04 (UTC+04:00)

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. SİA xəbər verir ki, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

2004-cü il təvəllüdlü Xədicə Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 18 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.