Zəngilanda ağacəkmə tədbiri keçirilib - FOTOLAR

17 Dekabr 2022 19:16 (UTC+04:00)

Zəngilan rayonunda növbəti ağacəkmə tədbiri keçirilib. Ekologiya Nazirliyinin SİA-ya verdiyi məlumata görə, tədbir işğaldan ekoloji tarazlığın bərpa olunması məqsədilə keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, ETSN-in rəsmilərinin iştirakı ilə keçirilən ağacəkmə tədbirində Nazirliyin tinglik sahələrində yetişdirilən yerli iqlim şəraitinə uyğun Şərq çinarı və Adi göyrüş tingləri əkilib, palıd toxumları səpilib.

"Respublikanın bütün bölgələrində meşəbərpa və ağacəkmə tədbirləri davam edir".