"ABŞ Rusiya ilə İranı heç bir zaman sevməyib bu həmişədə birmənalı olaraq qarşılanıb. Hətta 2008-ci ildə Obamanın vaxtında da Amerikada təhlükəsizliklə bağlı bir konsepsiyada qəbul olunub. Orada göstərilib ki, Rusiya və İran Amerikanın milli maraqlarına zidd hərəkət elədiklərinə görə, siyasi rəqibi və düşməni sayılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Amerikanın həm Rusiyaya, həm də İrana qarşı qəbul elədiyi sanksiyalarda gizlilik sperat danışıqlar yoxdur, pərdə arxası görüşlər yoxdur. Bundan başqa Amerika hələ 1997-ci ildə qərar qəbul eləmişdi ki, 2025-ci ilə qədər İranı 5 yerə parçalamalıdır. Bu siyasət hələ də davam olunur. Rusiya bir növ çırpınır ki, İrana bir şey olmasın. Çünki Rusiya İranı birlikdə Qafqazı öz caynaqının altında yerləşdirən bir qanad kimi görür. Onlar hər iki burada şər mələyidə sayılırlar. 3 Qafqaz respublikasına heçnə edə bilmirlər. Sadəcə ermənilər onların vassalıdı. Ermənilərdə onlar kimi bəlkə də onlardan da böyük bədbəxtdirlər. Onlarda istəməz ki, Rusiyanın və ya İranın əl altısı olsun. Ona görə də Amerika çalışır ki, sankisyalar yolu ilə hər iki ölkənin məsələsini həll eləsin. Çünki Amerikanın milli təhlükəsizlik konsepsiyasında bizim olduğumuz coğrafiya dairəsində bütün dövlətlər onların maraq dairəsindədir. Bunun nəyə görə olduğunu demək biraz müşgül məsələdir. Əsas da Aralıq dənizi hövzəsi, Qafqaz və Orta Asiya düşür Amerikanın maraq dairəsinə. Yəni ona görə Amerika Rusiya və İrana qarşı qəbul elədiyi sanksiyalar təbii ki, hər iki ölkəyə çox ciddi zərər verir. Təbii ki, artıq İran çökmək üzrədir. Hər nə qədər İran bunu nə qədər qəbul etməsə belə bunun xeyri yoxdu gerçəklər artıq hər kəsə bəllidir. İnqilab başlayandan bəri 1 dollar 20 min tüməndən 35min tümənə qədər qalxıb. Rusiyada da gördük ki, rubl nə qədər çökdü, düzdür özlərinin vahid pul sistemlərini yaratmağa çalışırlar. Lakin bu alınmayacaq. Baxmayaraq ki, Rusiya da resuslarına görə dünya resuslarının 21 faizi onların ərazisinə düşür. İranda bilirik ki, neft-qaz sərvətlərinə görə ilk 3-lükdə qərarlaşırlar. Lakin bütün bunlara baxmayaraq yer-altı sərvətlərini dünya bazarına çıxarmaq üçün belə şərait yaradılmır. Mənim fikrimcə Amerika bu siyasətini hələ uzun illər davam etdirəcək və hər iki ölkənin də çökməsini hamımız görəcəyik".