Əli Əsədov inzibati bina ilə tanış olub

16 Dekabr 2022 13:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ - SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub. Bu barədə SİA-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.