"Dekabr ayının 26-dan yanvar ayının 5-i də daxil olmaqla Azərbaycan Dövlət Kukla teatrında səhnəyə qoyulacaq Yeni il tamaşası hazırlanır. Tamaşa Hans Xristian Andersenin "Qar Kraliçası" nağılı əsasında hazırlanır və "Qar Kraliçası"nın Yeni il məcaraları adlanır". SİA xəbər verir ki, bu barədə Kukla teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Nizamiqızı bildirib.
Onun sözlərinə görə, tamaşanı səhnələşdirən və quruluşçu rejissor Anar Məmmədov, quruluşçu rəssam isə İqbal Əliyevdir: "Musiqi tərtibatlı tamaşada bir çox klassik musiqilərdən istifadə olunub. Bu tamaşada uşaqlarımız tam fərqli səhnə görəcəklər. Eyni zamanda Yeni ilin sevimli personajları onların əyləncəsini daha da rəngli edəcək. Biletlərin qiyməti isə dəyişməz olaraq qalır, 3 manatdır".