Gələn il 7-10 min müəllim imtahandan keçiriləcək

15 Dekabr 2022 18:21 (UTC+04:00)

Azərbaycanda pedaqoji heyətdə 150 mindən çox təmsil olunan şəxs var. Onların təxminən 125 mini müəllimdir. Həmin müəllimlərin hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən dinləmədə çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, 4 il ərzində müəllimlərin hamısının sertifikasiyadan keçirilməsi planlaşdırılır. Bunun üçün texniki imkanlarımız var. Gələn il 7-10 min müəllimi imtahandan keçirəcəyik. Diaqnostikadan sonra biz aşağı bal yığan bütün müəllimlərə təlim keçmişdik. Sertifikasiyadan keçməyənlərə də təlim keçəcəyik. Amma elə müəllimlər var ki, təlimdən sonra da onun nəticəsi qalxmır.